Sadə ekoloqlardan qorxan separatçılar ƏL-AYAĞA DÜŞDÜ – “Hərbi vəziyyət”ə keçdilərbackend

Sadə ekoloqlardan qorxan separatçılar ƏL-AYAĞA DÜŞDÜ - "Hərbi vəziyyət"ə keçdilər

Silahsız, sadə ekoloqlardan qorxan separatçılar əl-ayağa düşüb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidə məskunlaşan separatçı ermənilər “hərbi vəziyyət”ə keçiblər.

Hamıdan çox canına vicvicə düşən quldurbaşı Arayik Arutyunyan “hərbi vəziyyət”lə bağlı qondarma “əmr imzalayıb”. “Operativ qərargah” yradılıb, digər quldur Ruben Vardanyan “qərargah”a “rəhbər” təyin olunub.

Mülki missiyaya bu cür reaksiya verən separatçıların birdən-birə “hərbi vəziyyət” elan etməsi onların silahsız və dinc insanlara qarşı hər an silahdan istifadə edə biləcəyinə işarədir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*