Şagirdlərin telefonları yığılacaq? – RƏSMİ AÇIQLAMAbackend

Şagirdlərin telefonları yığılacaq? - RƏSMİ AÇIQLAMA

“Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir:

“Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*