Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdibackend

Sahibə Qafarova Mustafa Şentopa başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınların davam etməsi və bunun nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a verilən məlumata görə, parlamentin sədri öz adından və Azərbaycan Milli Məclisi adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

Məktubda deyilir ki, Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır. Dualarımız Sizinlədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*