Sahibkarlar üçün bank təminatı reyestri yaradıldıbackend

Sahibkarlar üçün bank təminatı reyestri yaradıldı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Mərkəzi Bankı bank təminatlarının dövlət satınalmalarının vahid internet portalına (etender.gov.az) inteqrasiyasını yekunlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, artıq bank təminatı reyestri sahibkarların istifadəsindədir.

Bundan sonra “etender.gov.az” portalında elektron satınalma müsabiqələri üzrə sahibkarlar tender təklifinin təminatını satınalan təşkilatlara yalnız elektron formada portal vasitəsilə təqdim edəcək.

Bank təminatının elektronlaşdırılması sahibkarlarabir sıra üstünlüklər yaradır. Elektron satınalma vasitəsilə açıq tender keçirilən zaman elektron qaydada təqdim edilən tender təklifinin təminatının məbləği və qüvvədə olma müddətinin tenderin əsas şərtlər toplusunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq, istifadəçiyə dərhal məlumat veriləcək. Malgöndərənlər (podratçılar) təkliflərini təqdim edərkən uyğunsuzluq olduqda, tender təkliflərinin verilməsinin son müddəti bitənə qədər tender təklifinin təminatına düzəliş etmək imkanı əldə edəcəklər.

“Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən, sənədin notariar təsdiqi və (və yaxud) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron satınalma vasitəsilə keçirilməyən müsabiqələrdə də tender təklifi təminatları, eləcə də bağlanmış müqavilə üzrə avans və müqavilənin yerinə yetirilməsi təminatları elektron formada təqdim edilə bilər.

Dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*