Şahin Mustafayev İrana gedəcəkbackend

Şahin Mustafayev İrana gedəcək

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi iqtisadi nümayəndə heyəti bazar günü İrana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi öz Tvitter hesabında məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan və İranın birgə iqtisadi-ticari və mədəni əməkdaşlıq üzrə komissiyasına rəhbərlik edən Şahin Mustafayevin xarici işlər, neft, yol və şəhərsalma nazirləri ilə görüşü nəzərdə tutulub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti iki ölkə arasında qarşılıqlı əməkdaşlığı nəzərdən keçirəcək.

Xatırladaq ki, noyabrın 19-da Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşərək İran və Azərbaycan Respublikası arasında siyasi və iqtisadi münasibətlərdəki son inkişafları müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*