Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdübackend

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev mayın 7-də ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında siyasi, iqtisadi-ticari, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş nazirin müavini Şahin Mustafayev səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*