Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi millisi növbəti qələbəsini qazanıb.
KONKRET.az-ın məlumatına görə, yığma VIII turda Qazaxıstanı məğlub edib.
Qazaxıstan – Azərbaycan 1,5:2,5
Rinat Cumabayev – Rauf Məmmədov – 0,5:0,5
Əlişir Süleymanov – Qədir Hüseynov – 1:0
Arıstanbəy Urazayev – Vasif Durarbəyli – 0:1
Qazıbəy Nökərbəy – Nicat Abbasov – 0:1
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 13 xalla 4-cü sıraya yüksəlib.