Sakinlərin diqqətinə: Bakıda bu binalar dağıla bilərbackend

Sakinlərin diqqətinə: Bakıda bu binalar dağıla bilər

Bəzi ekspertlərin fikrincə, Bakıda 1980-ci illərdən əvvəl tikilən binalar xüsusilə təbiət hadisəsi zamanı təhlükə mənbəyinə çevrilə bilər. Vətəndaşlar isə əksini iddia edirlər. Bildirilir ki, həmin binalarda 2000-ci ildə baş verən güclü zəlzələdə bir pəncərənin şüşəsi belə sınmadı və ən riskli olanlar son dövrlərdə tikilən 16-20 mərtəbəli binalardır.

Hansı binalar yaşayış üçün risklidir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan tikinti mühəndisi Vəli Cəfərov deyib ki, bəzi “Xurşovka” layihəli binalarda heç bir problem yoxdur:

“Ümumiyyətlə, Bakıda riskli binalar taxta və qamışdan tikilən binalardır. Özü bəzəkli görünsə də, keyfiyyəti ürəkaçan deyil. Çoxmərtəbəli binaların möhkəmliyi isə 9 bal gücündə zəlzələyə hesablanıb. Bu gün Fövqaladə Hallar Nazirliyinin (FHN) yoxlaması olmadan sement tökməyə də icazə yoxdur. Binəqədidə və digər ərazilərdə 1905-1920-ci illərdə tikilmiş ikimərtəbəli evlər var. Onların artıq istismar müddəti başa çatıb. “Xurşovka”larda heç bir təhlükə görmürəm”.

Ekspert bildirib ki, çoxmərtəbəli binalar zəlzələyə davamlıdır:

“İndi binalar ABŞ, Yaponiya standartlarına uyğun tikilir. Təəssüf ki, tikintidən xəbəri olmayanlar bu mövzuda daha çox danışır. Hər hansı zəlzələ baş verərsə, paytaxtda problem olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*