Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə İŞIQ OLMAYACAQbackend

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Paytaxtın Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Məlumata əsasən, Nəsimi rayonunda bəzi ərazilərdə elektrik enerjisinin keyfiyyətini artırmaq məqsədilə təmir işləri aparılacaq. Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən həyata keçiriləcək işlər 27 sentyabr gecəsi, saat 02:00 – 03:00 aralığında planlaşdırılıb.

Bu müddət ərzində Füzuli, Rəşid Behbudov, Səməd Vurğun, Süleyman Rəhimov, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şəmsi Bədəlbəyli, Dilarə Əliyeva, Bəşir Səfəroğlu, Həzi Aslanov və Mirzə İbrahimov küçələrində elektrik enerjisində müvəqqəti fasilələr olacaq.

Təmir işləri tamamlandıqdan sonra sakinlər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*