Salyan rayon İcra Hakimiyyətindən bayrağımıza həssas yanaşma — FOTOLARbackend

Salyan rayon İcra Hakimiyyətindən bayrağımıza həssas yanaşma — FOTOLAR

Bəzi sosial şəbəkə hesablarında Salyan rayonunda yol kənarında yerləşdirilən şəhid fotolarına bərkidilmiş və cırıq halda olan Azərbaycan bayrağının fotoları paylaşılıb. 

KONKRET.az bildirir ki, bu tip hallara tez-tez rast gəlinir və müxtəlif bölgələrdə yol kənarında, küçələrdə asılmış Azərbaycan bayrağı hava şəraitindən asılı olaraq, arzuolunmaz hala düşə bilir. 

Məsələ ilə bağlı Demokrat.az Salyan Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirilib ki, rayonda şəhidlərin fotoları, məzarlıqları olan bütün yerlər daim nəzarətdə saxlanılır: 

“Sadəcə havanın küləkli və yağmurlu keçməsi arzuolunmaz vəziyyət yaradır və biz də öz növbəmizdə təxirəsalınmaz addımlar atırıq. Bəli, havanın küləkli və yağmurlu keçməsi bayrağın cırılmasına səbəb olub. Ancaq dərhal biz tədbir görmüşük və bayrağı yenisi ilə əvəzləmişik. Bəziləri isə bundan şou düzəltməklə məşğuldur”.

No description available.
No description available.No description available.
No description available.

  • Arzu Alıyeva
    Sentyabr 12, 2021 - 13:27

    Allah Sevindik muellimden razi olsun! Deyilene gore kasibin derdine yanandir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*