Salyanda ağır qəza – 9 nəfər YARALANDIbackend

Salyanda ağır qəza - 9 nəfər YARALANDI

Salyanda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin – 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*