Salyanda gənc qız qaçırıldıbackend

Salyanda gənc qız qaçırıldı

Salyanda gənc qız qaçırılıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevəni (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*