Salyanda keçmiş məhkum şantaja görə saxlanıldıbackend

Salyanda keçmiş məhkum şantaja görə saxlanıldı

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən vətəndaş fevralın 19-da bir nəfərin barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu alması barədə məlumat verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*