Salyandakı ağır qəza ilə bağlı RƏSMİ MƏLUMATbackend

Salyandakı ağır qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Bu gün saat 16:00 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 54-cü kilometrliyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, Həsənov İbrahim Əkbər oğlunun idarə etdiyi “Mercedes” markalı, 04-BJ-781 dövlət qeydiyyat nişanlı marşrut xətti üzrə hərəkət edən sərnişin avtomobili ilə Hacıyev Murad Adil oğlunun idarə etdiyi “Howo” markalı, 77-DT-640 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Salyan rayon sakini 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xaliq oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*