Salyanda baş verən dəhşətli qəzanın təfərrüatı bəlli olub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, Salyan-Noxudlu avtomobil yolunda iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb.
Bunlar taksi kimi fəaliyyət göstərən Sabirabad rayonunun Muğangəncəli kənd sakini, 32 yaşlı Coşqun Məmmədov, onun sərnişinləri – 60 yaşlı Vüqar İmanov və Çiçəkli kənd orta məktəbində müəllim işləyən 37 yaşlı oğlu Tərlan İmanovdur.
Qəzada ölən hər üç nəfər həmkəndli olub.
Qeyd edək ki, Vüqar İmanov Moskva şəhərindən Yeni ili qeyd etmək üçün Azərbaycana gəlib. Oğlu taksi ilə atasını aeroporta yola salırmış.
Ağagül Mürsəlov,
KONKRET.az
