Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqdabackend

Nəzrinin ölümünə görə həbs edilən həkim azadlıqda

30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin apellyasiya şikayətinə baxılıb.

KONKRET.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi yekun qərarını açıqlayıb.

Qərara əsasən, Sənan Mehdiyevin cəzası azaldılıb. Amnistiya aktı şamil edilməklə o, cəzadan tam azad edilib.

S.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə S.Mehdiyev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 2 il azadlıqdan məhrum edilmişdi. (qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*