Şamaxıda avtomobil aşdı – Xəsarət alanlar varbackend

Şamaxıda avtomobil aşdı - Xəsarət alanlar var

Şamaxıda avtomobil aşıb.

KONKRET.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 103-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan Mercedes markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların vəziyyəti barədə məlumat yoxdur. Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*