Şamaxıda avtomobil qəzası: Yaralı Bakıya göndərildibackend

Şamaxıda avtomobil qəzası: Yaralı Bakıya göndərildi

Şamaxıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Yolu keçən 1989-cu il təvəllüdlü Seyidov Mehrab Seyidbəy oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

M.Seyidovun vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*