Şamaxıda müəllimin şagirdə xəsarət yetirməsi araşdırılırbackend

Şamaxıda müəllimin şagirdə xəsarət yetirməsi araşdırılır

Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbdə 7-ci sinif şagirdinin məktəbin tarix müəllimi tərəfindən döyülməsi barədə məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*