Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi bir neçə dəfə Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılıb.
KONKRET.az-ın məlumatına görə, dekabrın 15-də keçiriləcək plenar iclasda Saqiyan kəndinin Günəşli adlandırılması müzakirəyə çıxarılacaq.
Milli Məclisin Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli kəndin adının dəyişdirilməsinin vacibliyini qeyd edib:
“Bir neçə dəfə Saqiyan kəndinin adının dəyişdirilməsi ətrafında fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, kəndin adının Günəşli adlandırılması ilə bağlı deputat həmkarlarım yerli əhalinin və arxeoloqların fikirlərini dəstəkləyəcək”.modern.az