Samboçularımızdan daha 2 qızılbackend

Samboçularımızdan daha 2 qızıl medal

Almaniyanın Brandenburq şəhərində sumo üzrə böyüklər arasında Avropa kuboku keçirilib.

KONKRET.az xəbər verir ki, bu yarışda 12 ölkədən 150 nəfərdən çox idmançı iştirak edib.

Azərbaycanı Samir Abdullayevin rəhbərlik altında Eyvazov Məhərrəm (70 kq) və Mustafayev Cavid (77 kq) təmsil ediblər.

Hər iki sumoçumuz bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Məhərrəm Eyvazov (70 kq) ardıcıl Fransa, Almaniya, Macarıstan və finalda Polşa sumoçusunu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cavid Mustafayev (77 kq) isə Macarıstan, İtaliya, Almaniya və Ukrayna rəqiblərinə qalib gələrək birinci olub.

Komandamız ümumi medal hesabında üçüncü pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*