Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü – FOTObackend

Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü - FOTO

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.

Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü- FOTO

 

  • Namiq
    Noyabr 25, 2021 - 14:59

    Ruslara sevgisi o qədər yüksəkdir ki, hətta Xocalı şəhərində 366-cı alayın əsgərinin şərəfinə ucaldılan abidə barədə Samir Nuriyev dilə gətirməyib

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*