Samirə niyə Azərbaycanı yox, Norveçin təmsilçisini dəstəkləyib?backend

Samirə niyə Azərbaycanı yox, Norveçin təmsilçisini dəstəkləyib?

“Avroviziya 2021” təmsilçimiz Samirə Əfəndi bu il ölkəmizi yarışda təmsil edən Nadir Rüstəmliyə dəstək verməməsi ilə bağlı ona ünvanlanan iradlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Samirə Əfəndi İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

“Əziz tamaşaçılar, dünəndən bəri saysız-hesabsız mesajlar alıram ki, bu ilki iştirakçıya niyə dəstək olmuram… Birincisi bu il “Avroviziya”ya dəvəti Norveç tərəfindən almışam. Bütün xərclərimi ödəyərək məni öz komandalarına dəstək kimi buraya dəvət ediblər.

İkincisi, məni bizim böyüklərimiz dəstəkləmişdi, Aygün Kazımova, Demet Akalın, Tünzalə Ağayeva, Röya Ayxan, Zülfiyyə Xanbabayeva… Amma bilmirəm bu ilki iştirakçıya dəstək olacaqlar, ya yox. Onlara yazın, mənə yox. Çox xahiş edirəm bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur.

Sizcə, nə qədər doğru olardı ki, Norveç komadasının dəvəti ilə qonaq gəlim və digər ölkəni dəstəkləyim? Məncə, bu doğru deyil. Ona görə, əziz izləyicilərim, belə məktublar yazmağa ehtiyac yoxdur. Öz işimi, nə etdiyimi də gözəl bilirəm. Norveç komandası mənə dəstək olub, dəvət edib, mən də dəstəyimi onlardan əsirgəmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*