“Samsung”un yeni modelinin adı məlum oldubackend

"Samsung"un yeni modelinin adı məlum oldu

“Samsung” şirkəti qabaqcıl smartfonların adında seriya nömrəsini dəyişdirmək niyyətindədir.

KONKRET.az İnterAz-a istinadən xəbər verir ki, “Galaxy S10” smartfonundan sonra buraxılacaq növbəti model “Galaxy S11” yox, “Galaxy S20” adlanacaq.

Bu barədə əvvəllər “Samsung” və digər istehsalçılar tərəfindən buraxılacaq smartfonlar haqqında dürüst məlumatlar dərc edən “UniverseIce” bloqunun “Twitter” hesabında deyilir.

Cənubi Koreya istehsalçısı modellərin seriya nömrəsini sonuncu dəfə 2016-cı ildə dəyişib. O zaman “Galaxy Note5” əvəzinə, “Galaxy Note7” təqdim olunub.

“Galaxy S11/S20” smartfonunun təqdimatı 2020-ci il fevralın ortalarında və ya ikinci yarısında gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*