Samur-Abşeron kanalından tapılan meyitin kimliyi məlum oldubackend

Samur-Abşeron kanalından tapılan meyitin kimliyi məlum oldu

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib.

KONKRET.az xəbər verir ki,  meyitin 1995-ci il təvəllüdlü Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı qızın hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*