Samuxda ev yandıbackend

Samuxda ev yandı

Samuxda yaşayış evində yanğın baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb.

Kənd sakini Pərviz Hacıyeva məxsus 240 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb.

Dərhal hadisə yerinə FHN-in Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10-a yaxın əməkdaşı cəlb olunub və yanğın söndürülüb.

Ev sahibinin sözlərinə görə, əraziyə verilən qaz dayandırılıb. Bir müddətdən sonra qazın təzyiqlə verilməsi qaz sobasında yanğına səbəb olub. Həmin zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*