Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdubackend

Samuxda həkim sükan arxasında infarkt keçirdi, avtomobilini hasara vurdu

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*