Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİBbackend

Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Samuxda 2 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

KONKRET.az-ın məlumatına görə, hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*