Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinin sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında rayonun Ziyadlı kəndində 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov mübahisə zəminində doş qəfəsindən bıçaqlanıb.
Aparılan araşdırmalar nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.