Özünü buraxdığını elan edən qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın artıq Ermənistanda olduğu bildirilir.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, xəbəri Ermənistan KİV-ləri yayıb.
Bildirlib ki, Samvel Şahramanyanın Azərbaycan ərazisini tərk edərək Ermənistana keçə bildiyini qondarma “Artsaxın deputatı” olmuş Davit Qalstyan təsdiqləyib.
Xatırladaq ki, bu səhər Samvel Şahramanyanın da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Amma sonradan xəbər təsdiqni tapmadı.
Bəs bu da cinayətkar idi axı??
İmkan vermək lazım deyildi. Gedib “mühacir hökuməti” yaradacaq. Bu da bizə əlavə başağrısı olacaq. Hamıdan əvvəl onu həbs etmək lazım idi. Çünki o, hazırda lənətə gəlmiş “dqr”in qüvvədə olan başçısı sayılır.