İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır yaralandığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Şamxani iyunun 13-də səhər saatlarında İsrailin hücumu nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırıldığını, hazırda vəziyyətinin stabil olduğunu bildirib.
“O, İranın ali rəhbərinə mesaj göndərərək sağ olduğunu və həyatını qurban verməyə hazır olduğunu bildirib”, – məlumatda qeyd olunub.