Sankt-Peterburqda erməni təxribatının qarşısı alındıbackend

Sankt-Peterburqda erməni təxribatının qarşısı alındı

Rusiyanın Sankt-Peterburq şəhərində ermənilərin növbəti təxribatının qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, ötən gün Rusiyanın ikinci böyük şəhərində erməni icmasının nümayəndələri Müqəddəs Yekaterina kilsəsində 44 günlük İkinci Qarabağ savaşında ölən Ermənistan və separatçı Qarabağ rejiminin “müdafiəçilər”inin ildönümünü qeyd etmək üçün toplaşmağa cəhd ediblər.

Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov belə bir halın şəhərdə azərbaycanlılar və ermənilər arasında vəziyyəti gərginləşdirə biləcəyi haqda müvafiq qurumlara məlumat verərək, hadisənin önünə keçilməsi üçün lazımi addımlar atılmasını tələb edib.

Azərbaycanlı iş adamının iradını haqlı sayan və məsələyə dərhal reaksiya verən Sankt-Peterburq şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yollanaraq ermənilərin kilsə önündə təxribat törətməsinə imkan verməyib. Polisə müqavimət göstərməyə cəhd edən aqressiv erməni gənclərinə yerində izah edilib ki, Azərbaycan icmasının iradları haqlıdır və şimal paytaxtında uydurma “qəhrəmanlar”ı anmaq olmaz.

Qeyd edək ki, İkinci Qarabağ savaşından öncə, müharibə dövründə və ondan sonra Sankt-Peterburqda ermənilər dəfələrlə bu tipli təxribat xarakterli olaylar törətməyə çalışıblar. Ancaq Azərbaycan diasporunun vaxtında atdığı addımları sayəsində bunların önünə keçilib./Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*