Rusiyanın Sankt-Peterburq şəhərində, Krupskaya küçəsindəki hərbi komissarlığın həyətində partlayış olub.
KONKRET.az xəbər verir ki, bu barədə yerli “Fontanka” nəşri məlumat yayıb.
Qeyd edilir ki, əldəqayırma partlayıcı qurğu bomba sığınacağına aparan ventilyasiya şaxtasında gizlədilib.
İlkin məlumata görə, cihazda 100-150 qram barıt və akkumulyatorlu radio modul olub.
Partlayış nəticəsində tələfat yoxdur.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Burhan,
KONKRET.az