Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış – Yaralılar varbackend

Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış - Yaralılar var

Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

İlkin məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır, onlardan biri reanimasiyadadır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.

Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*