Şanxayda “Çantu” tayfunu səbəbindən 330 mindən çox insan təxliyə edildibackend

Şanxayda "Çantu" tayfunu səbəbindən 330 mindən çox insan təxliyə edildi

Şanxay hakimiyyəti bu mövsüm 14 -cü olan “Çantu” tayfunu səbəbindən şəhərin potensial təhlükəli sahil bölgələrindən təxminən 331 min insanı təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə yerli Pengpai informasiya resursu təbii fəlakətin mənfi nəticələrinin qarşısını almaq üçün operativ qərargaha istinadən bildirib.

Hazırda güclü tayfun kimi hesab olunan “Çantu” nun mərkəzi hissəsində küləyin sürəti təxminən 42 m/s-dir. Tropik siklon hazırda Şanxaydan təxminən 117 km şərqdə yerləşir və təxminən 5 km/saat sürətlə şimala doğru hərəkət etməyə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*