Saray qəsəbəsində baş verən qəzada ölənlərin sayı artıb.
KONKRET.az xəbər verir ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Zəminə Hüseynli, 2007-ci il təvəllüdlü Məryəm Allahverdiyeva və 1974-cü ildə anadan olmuş daha bir nəfər dünyasını dəyişib.
2019-cu i təvəllüdlü Mehdi Hüseynli, 2016-cı il təvəllüdlü Hüseyn Hüseynli, 1984-cü təvəllüdlü Nərminə Hüseynova və 1989-cu il təvəllüldü Nurəngiz Hüseynli isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
19:44
Abşeron rayonunun Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.