Sarkisyan: “Azərbaycan nəyi istəsə, əldə edəcək”backend

Sarkisyan: “Azərbaycan nəyi istəsə, əldə edəcək”

“Hakimiyyət Ermənistanın Tavuş rayonunun kəndlərini hansı əsasla Azərbaycana verir?”

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bildirib.

“Asan diplomatik kursu götürən hər kəs bilir ki, danışıqlar prosesi elədir ki, sənədin sonuncu bəndi razılaşdırılmayanda əvvəlki bütün məqamlar da razılaşdırılmış sayılmır”, – Serj Sarkisyan aprelin 4-də jurnalistlərə deyib.

“Bu danışıqlar sərhədin delimitasiyası prosesidir, yoxsa sadəcə yalnız Azərbaycanın tələblərindən ibarətdir? Baş müzakirəçimiz bizə nə deyir? Deyir ki, verməsək, azərbaycanlılar hücuma keçəcək. Onda belə çıxır ki, sabah, o biri gün Azərbaycan şərt qoyacaq ki, Sünikdən (Qərbi Zəngəzur) əl çəkməsəniz, hücuma keçəcəyik. Bu yolla o, nə istəsə, götürəcək. Bu necə yanaşmadır?” – deyə eks-prezident bildirib.

Onun sözlərinə görə, bu kəndlərin təslim olması çox böyük problemlər yaradacaq.

Natiq Səlim,

KONKRET.az

  • Yusif
    Aprel 6, 2024 - 01:47

    Alçaq, sən Azərbaycanda dəmir barmaqlıqlar arasında olmalısan, onda bilərsən tələb nədir.

    • Mirze
      Aprel 6, 2024 - 18:38

      Bəli 👍

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*