Ermənistan hökuməti 2025-ci il büdcə layihəsini təsdiq edərək Milli Assambleyaya göndərib.
Büdcə layihəsinin mesajında deyilir ki, Rusiya-Ukrayna müharibəsi və Ermənistana ixracın artması səbəbindən Ermənistan iqtisadiyyatı bundan sonra Ermənistana yönəlmiş maliyyə axınlarına malik olmayacaq.
Hökumətin fikrincə, 2025-ci ildə iqtisadi aktivliyin artım tempinin azalması və təkrar ixracın rolunun azalması səbəbindən ixrac və idxalın artım tempinin əhəmiyyətli dərəcədə yavaşlaması gözlənilir. Nəticədə xidmətlər üzrə müsbət saldonun pisləşməsi və pul köçürmələrinin rolunun azalması səbəbindən 2024-cü ildə büdcə kəsiri daha da dərinləşərək ÜDM-in 5%-nə çatacaq.
KONKRET.az xəbər verir ki, “Ermənistan mənəm” təşəbbüsünün müəllifi Nairi Sarkisyan 2025-ci ilin büdcə layihəsi haqqında danışarkən bildirib ki, Maliyyə Nazirliyinin iqtisadiyyatın pis vəziyyətini diplomatik müstəvidə çox gözəl təqdim edib.
Nair Sarkisyanın sözlərinə görə, büdcəni hazırlayan Maliyyə Nazirliyinin mütəxəssisləri həmin layihədə iqtisadiyyatımızı təhdid edən çağırışları çox səmimi şəkildə qeyd ediblər, bu başqa məsələdir ki, siyasi vəzifələrdə olan adamlar bunu başqa cür təqdim edirlər.
“Büdcədə Ermənistan iqtisadiyyatının tənəzzülə uğraması, yəni iqtisadiyyatımızın artım tempinin aşağı düşməsi haqqında yazılıb ki, paramentdə bu büdcəni müzakirə edən iqtidar üzvləri səsini buna qaldırmayacaq.
Onun müşahidəsinə görə, Dövlət Gəlirləri Komitəsi birbaşa vergi reketinə gedir, təşkilatlara qarşı cinayət işi açır, iş adamlarını qorxudur, amma buna baxmayaraq, proqnozlaşdırdığı 300 milyard dramı da yığa bilmir.
“2024-cü ildə proqnozlaşdırılan vergi yığımını toplaya bilmədilər. Beləliklə, 2025-ci ilin büdcəsində 609 milyard dram kəsir yaranacaq. Bu isə o deməkdir ki, biz dönməzliyin astanasını keçirik. Paşinyan hökuməti hər il 1-1,5 milyard dollar borc toplayıb və o borcu gəlir gətirən fəaliyyətlərə sərf etməyib, borcun qaytarılmasında çətinliklər yaranıb. Bu adamlar Ermənistan Respublikasını darmadağın edir”.
Natiq Səlim,
KONKRET.az