Sarkisyan faciəli şəkildə öldü – meyitləri maşından çıxarmaq üçün xüsusi avadanlıqlardan istifadə edildi – FOTOLARbackend

Sarkisyan faciəli şəkildə öldü – meyitləri maşından çıxarmaq üçün xüsusi avadanlıqlardan istifadə edildi - FOTOLAR

Ermənistanın Ararat vilayətində faciəli avtomobil qəzası ictimaiyyətdə dərin məyusluq hissi yaradıb. Konkret.az xəbər verir ki, Yerevan-Meğri avtomobil yolunun 59-cu km-də Surenavan kəndi yaxınlığında Razmik Adamyanın idarə etdiyi “Kamaz” markalı yük maşını ilə BMW toqquşub. Regional xilasetmə şöbəsinin müdiri Murad Margaryan və dəstə komandiri Aşot Mirzoyanın rəhbərlik etdiyi iki yanğınsöndürən maşın hadisə yerinə olub. Yanğınsöndürənlər bir sürücünün və iki sərnişinin cəsədlərini tamamilə kül halında tapıblar. Erməni mediası yazır ki, ilkin ehtimallara görə, BMW sürücüsü idarəetməni itirərək İrəvana gedən yolda əks zolağa çıxıb və KAMAZ-la toqquşub. Hadisə yerinə toplaşan kəndlilərin dediyinə görə, yanğın bir neçə saniyə ərzində bütün maşını əhatə edib. Sürücü və sərnişinlərin bağırtı səsləri eşidilib. Onları xilas etmək mümkün olmayıb. Xilasedicilər bir saatdan çox cəsədləri çıxarmaq üçün xüsusi avadanlıqlarla avtomobili hissələrə bölüblər. Konkret.az xəbər verir ki, sərnişinlərdən biri ana – 51 yaşlı Kristina Martirosyan, digəri isə onun qızı – 29 yaşlı Lusine Martirosyan olub. Onlar Kotayk vilayətinin Proşyan kəndində yaşayıblar Sürücü 24 yaşlı Gevorg Sarkisyan da yanaraq kül olub.

Konkret.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*