Şarl Mişel Gürcüstan prezidenti və baş naziri ilə görüşdübackend

Şarl Mişel Gürcüstan prezidenti və baş naziri ilə görüşdü

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Gürcüstan prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə “Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar ölkədəki vəziyyəti müzakirə edib.

KONRET.az gürcü mediasına istinadən xəbər verir ki, Şarl Mişel “X” sosial şəbəkəsində telefon danışıqları barədə məlumat verib.

Onun sözlərinə görə, gürcülərə Avropanın gələcəyinə can atmağa davam etməkdə, o cümlədən bütün tərəflərin haqlı narahatlıqlarını həll etmək üçün daha yaxşı yol tapmaqda kömək etməkdə tam dəstəyini bir daha təsdiqləyib.

Mayın 14-də Gürcüstan parlamentinin əksəriyyəti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.

Gürcüstan prezidenti Zurabaşvili bu qanuna veto qoyacağını bəyan edib.

Bundan öncə isə “Gürcü Arzusu” bildirib ki, prezidentin vetosu çərçivəsində beynəlxalq tərəfdaşların iradlarını nəzərə alaraq qanun layihəsinə dəyişiklik etməyi planlaşdırırlar.

Zurabişvili buna cavab olaraq deyib ki, hakim partiyanın imicini xilas etmək niyyətində deyil.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*