Şarl Mişel həyəcan təbili  çaldıbackend

Şarl Mişel həyəcan təbili  çaldı

“Əvvəllər Qərblə sıx əlaqələr qurmaq istəyən ölkələrin Kazanda keçirilən BRİKS sammitində iştirakı göstərir ki, Avropa İttifaqı öz yanaşmasına yenidən baxmalı və başqalarına hörmət etməlidir”.

KONKRET.az “Financial Times”a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib: “Biz nəyin doğru, nəyin yanlış olduğunu bildiyimizə əminik. Amma başqa ölkələrin problemlərini  anlamağa çalışmırıq”. O, Türkiyə, Misir və BƏƏ-nin Kazanda keçirilən BRİKS sammitində iştirakını şərh edərkən deyib. Avropa Şurası rəhbərinin sözlərinə görə, ənənəvi olaraq Qərblə sıx əlaqələri olan bu ölkələr Kazan seçimini ediblərsə, deməli, onlar Qərbə  siqnal vermək istəyiblər: “Körfəz ölkələrindən birinin əmiri bir dəfə mənə dedi ki, boşluq yaranarsa, onu tez bir zamanda dolduracaq biri tapılacaq. Avropa səviyyəsində başqalarına mühazirə oxumaq üçün refleks formalaşıb. Biz heç də həmişə yaxşı ünsiyyət qurmuruq. İstifadə etdiyimiz sözlər həqiqətən alçaldıcıdır, çünki biz özümüzü hakim kimi hiss edirik”. Noyabrın 30-da vəzifəsini tərk edəcək Avropa Şurasının rəhbəri belə qənaətə gəlib ki, Aİ  inkişaf etməkdə olan ölkələrə daha çox hörmət göstərməlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*