Şarmazanov: “Nikolizmin aradan qaldırılması ilə bağlı konsensus var”backend

Şarmazanov: “Nikolizmin aradan qaldırılması ilə bağlı konsensus var”

“Nikol rejiminin legitimliyinin olmaması açıq-aydın görünür. Onu həm millətçilər, həm də liberallar, həm də müstəqillər və ruhanilər, rusiyapərəstlər, qərbpərəstlər və hətta bəzi sorosçular da ittiham edir. Nikolizmin aradan qaldırılması ilə bağlı konsensus var”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Eduard Şarmazanov yazıb:

“Mülki Müqavilə”, yüksək vəzifəli məmurlar və bir neçə oliqarxdan başqa, ictimaiyyətin qalan hissəsi Nikolizmin Ermənistanı məhv etdiyini bilir. Xaosun qarşısını almaq üçün milli qüvvələri və strukturları birləşdirmək lazımdır ki, Ermənistana yeni problemlər yaranmasın. “Təki Nikol getsin, yerinə kim gərirsə, gəlsin” təhlükəli və dövlət əleyhinə olan bir tezisdir.

Nikol səs tembrinin zəhlətökən olduğuna görə yox, sistemli dövlət və antimilli fəaliyyətinə görə getməlidir.

O, “Artsax”ı (Qarabağı) Azərbaycana təslim etdi, ermənilərə, kilsədən tutmuş “İstiqlal Bəyannaməsi”nə və Ermənistanın tarixinə qədər hər şeyə müharibə elan etdi. Nikolizmin aradan qaldırılması o zaman faydalı ola bilər ki, real milli-dövlət gündəmini güdən aktorlar ölkəni idarə etmək məsuliyyətini öz üzərlərinə götürsünlər.

Ermənistan Respublikasının dövlət maraqları məhz bunu tələb edir. Əks halda, özümüzü xaos içində tapacağıq və bu, dövlətçiliyin son sonu olacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*