“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni təkcə geosiyasi sövdələşmə obyektinə deyil, həm də mümkün geosiyasi çəkişmələrin sınaq meydanına çevirib”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, “Paşinyanın rəhbərlik etdiyi 2018 hərəkatı 2 məqsəd güdürdü: “Erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının dayandırılması və “Artsax”ın öz müqəddəratını təyin etməsi ideyasının məhv edilməsi. Paşinyan hakimiyyətə gələndən dərhal sonra Ermənistana gələn Con Bolton da məhz buna işarə edib.
Ermənistan hakimiyyəti təlimatları itaətkarlıqla yerinə yetirdi və indi onları kənar aktorlar maraqlandırmır. İndi kənar aktorlar öz aralarında “Artsaxın təslim olması üçün dəllal olmaq hüququ” uğrunda mübarizə aparırlar, başqa heç nə yoxdur”.
Natiq Səlim,
KONKRET.az