Saymon Steel: “COP29-un ilk iki günündə böyük irəlləyişə nail olduq”backend

Saymon Steel: “COP29-un ilk iki günündə böyük irəlləyişə nail olduq”

“COP29 iqlim konfransının ilk günündə tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə irəliləyişə nail olub və vahid karbon bazarı üçün ciddi standartlar barədə razılığa gəliblər”.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının  icraçı katibi Saymon Steel iqlim konfransının ikinci günündə keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu, proses 10 illik fəaliyyətin nəticəsidir:

“ 6-cı maddə BMT-nin hansısa bürokratiyası deyil . Karbon bazarlarının işə salınması ölkələrə emissiyaları azaltmaqdan daha tez və daha ucuz iqlim planlarına nail olmağa kömək edəcək. Bu onillikdə emissiyaları yarıya endirməkdən hələ çox uzaqdayıq. Amma  COP29-da karbon bazarlarında qələbə bizə kömək edəcək. Biz inkişaf etməkdə olan ölkələrin yeni maliyyə axınlarından faydalanmasını təmin etməliyik. 6-cı maddə ilə bağlı hələ çox iş görülməlidir və bu , bütün fikirlərin nəzərə alınmasını təmin edəcək ” , – deyə Steel bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*