“Səbail” Ağabala Ramazanovla yollarını ayrıdıbackend

“Səbail” Ağabala Ramazanovla yollarını ayrıdı

Kapitan Ağabala Ramazanovla “Səbail” PFK arasında müqavilənin müddəti başa çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda klubun rəsmi səhifəsində paylaşım edilib.

“Səbail” PFK olaraq, kapitanımıza bu günə kimi klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb.

O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*