Səbinə Salmanova yaşlı seçiciləri ilə mənzillərində görüşdü – FOTOLARbackend

Səbinə Salmanova yaşlı seçiciləri ilə mənzillərində görüşdü - FOTOLAR

45 saylı Sumqayıt  dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanovanın seçki marofonu hər gün özünün yeni formaları ilə daha da rəngarəng olur. Onun həyata keçirdiyi tədbirlər ölkəmizdə yeni, daha müasir seçki mədəniyyətinin formalaşmasına kömək edir.

KONKRET.az xəbər verir ki, Səbinə xanım, bir mənəvi borc hesab edərək, bu gün öz seçki dairəsindəki, Sumqayıt şəhərinin qurucularından olan ən yaşlı iki seçiciyə onların öz mənzillərində baş çəkib. O seçicilərdən biri hələ gənc yaşlarından Rusiyanın Saratov şəhərindən Azərbaycana gələn, azərbaycanlı ilə ailə quran, Azərbaycan üçün vətənpərvər övladlar böyüdən, indi artıq 98 yaşında olan Quliyeva Zinaida Vasilyevna idi.  Digər seçici isə ömrü boyu sürücü işləmiş, Sumqayıtın ilk küçələrinin, prospektlərinin qurulmasında əməyi olmuş, xeyli fədakar övladlar yetirmiş, hələ də gənclik şövqü ilə yaşayan,  92 yaşlı Səmədov Rəhim Bürcəli oğlu  idi.

Hər iki seçici, onların övladları Səbinə xanımı   böyük ehtiramla qarşılamışlar.  Bu pirani yaşlarında da Sumqayıtı öz ovladları kimi sevən hər iki seçici çox mütəəsir olmuş, öz gənclik yaşlarını Sumqayıtın qurulmasına necə həsr etdiklərindən danışmışlar. Səbinə xanıma öz xeyir-dualarını vermiş, ona uğurlar arzulamışlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*