Səccad Kərimin Paşinyan MESAJI – “Türkiyə və Pakistan da cəlb olunmalıdır”backend

Səccad Kərimin Paşinyan MESAJI - "Türkiyə və Pakistan da cəlb olunmalıdır"

“Baş nazir Nikol Paşinyana Ermənistana sülh gətirməyə imkan verəcək mühit yaradılmalıdır. Bu məsələdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının rolu var. Lakin Azərbaycan Prezidentinin müttəfiqləri və digər dost ölkələr də həmin mühitin yaradılmasına kömək edə bilər ki, ermənilər sülhün səmərəsini qlobal miqyasda öz millətləri üçün görsünlər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin keçmiş deputatı Səccad Kərim X səhifəsində Ermənistanın baş nazirinin “Politico”ya verdiyi müsahibəni paylaşaraq yazıb.

Səccad Kərim əlavə edib ki, Türkiyə müzakirələrin bir hissəsidir və Pakistanın da rol oynamaq potensialı var. Kərim öz statusunda Avropa Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronu da xatırladıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*