“Seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi” – Natiq Cəfərlibackend

"Seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi" - Natiq Cəfərli

“Gedib öz seçki bülletenimə sahib çıxdım, səs verdim, ilk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə də gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Bəli, sevindirdi, çünki seçicilərin aktiv olması gələcək səsvermələr üşün çox vacibdir”.

KONKRET.az xəbər verir ki, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

“İlqar Məmmədov demiş, bu gün baş verən seçki keçmişimiz, tariximizin gəlmiş-keçmiş ən böyük probleminin həlli haqqındadır. Bu gün seçici aktivliyi də Qarabağ kontekstindədir. Gələcəyimizlə, məmləkətin sabahı ilə bağlı seçki isə yaxın aylarda baş tutacaq Parlament seçkiləri olacaq – o zaman bilinəcək ki, məmləkət qaranlıq dünəndəmi qalacaq, yoxsa işıqlı, sivil, rifah gətirən sabahamı addım atacaq. Bu günün seçici aktivliyini Parlament seçkilərinə daşımaq üçün hər şey etməliyik ki, sabahımız aydınlansın”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*