“Seçki məntəqələrində internet problemi yoxdur”backend

“Seçki məntəqələrində internet problemi yoxdur

Ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.

KONKRET.az xəbər verir ki, tirajlanan məlumatlarda Bakı şəhərində olan seçki məntəqələrində internet rabitəsinin kəsildiyi və bununla bağlı seçki prosesinin gedişatı barədə son xəbərlərin çatdırılmasının mümkünsüzlüyünə dair informasiyalar yer alıb.

Rəsmi mənbələrdən saytımıza bildirilib ki, bu kimi informasiyaların heç bir əsası yoxdur: “Belə məlumatların paylaşılması Azərbaycanda demokratik və şəffaf şəraitdə keçirilən prezident seçkilərinə kölgə salmaq məqsədi güdür. Bu kimi addımlar bəzi dairələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsi kimi dəyərləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*