Seçkilərin nəticələri ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə bilər? – Politoloq açıqladıbackend

Seçkilərin nəticələri ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə bilər? - Politoloq açıqladı

Son vaxtlar ABŞ-ın Cənubi Qafqaz siyasəti fərqli yöndə inkişaf edir. Amerikalılar bizim regionda təşəbbüsü ələ almaq üçün Rusiyanı sıxışdırıb çıxartmaq və Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmağa çalışırlar. Eyni zamanda seçki ərəfəsi ABŞ-dakı erməni lobbisinin təsiri altında olan hakimiyyət dairələri Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Qarşıdan isə prezident seçkiləri gəlir.  Demokratların Azərbaycana olan münasibəti son illər özünü mənfi tərəfdən göstərib və onların namizədi Kamala Haris prezident seçilərsə iki ölkə arasında münasibətlər necə cərəyan edə bilər?

Məsələylə bağlı KONKRET. az-ın suallarını cavablandıran  politoloq İlyas Hüseynov bildirib ki, hazırda  ABŞ-la Azərbaycan arasında strateji münasibətlər mövcuddur: “Müxtəlif siyasi istiqamətə malik qüvvələrin ABŞ-da hakimiyyətdə olması da iki tərəfli münasibətlərə təsir göstərir. Eyni zamnada  ABŞ tarixində ən gərgin seçkilərin keçirilməsi proqnozlaşdırılır. Çünki demokratlardan prezidentliyə namizəd Kamala Haris hazırda ictimai rəy sorğularına görə, respublikaçı namizəd Donald Trampdan irəlidə görünür.

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz nümunəsidir - "İki sahil"

Əvvəlcə Baydenlə Tramp arasında müqayisədə Tramp daha irəlidə mövqe tutmuşdu. Əgər Kamala Haris prezident seçilərsə bunun Cənubi Qafqaza təsiri, Harisin Cənubi Qafqaz siyasətinin formalaşımasında mövqeyi bizim üçün çox maraqlıdır. Əslində ABŞ-Azərbaycan münasibətləri üç istiqaməti əhatə edir. Bunlardan biri enerji təhlükəsizliyidir. Bu sahədəki münasibətlər həyatı əhəmiyyət kəsb edir. Həm Qərb investisiyasının Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatına yatırılması, digər tərəfdən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol kifayət qədər mühüm ikitərəfli münasibətlərə təsir edən amil kimi dəyərləndirilir. Digər istiqamət beynəlxalq təhlükəsizliklə bağlıdır.

Azərbaycan 11 sentyabr hadisəsindən sonra beynəlxalq antiterror koalisiyasına qoşulan dövlətdir. Azərbaycan sülhməramlıları Əfqanıstanda, İrqada, Kosovoda çox çətin missiyanın tərkibində fəaliyyət göstəriblər və ağır əməliyyat şəraitində strateji obyektlərin mühavizəsini təmin ediblər. Bu, NATO-Azərbaycan, ABŞ- Azərbaycan münasibətlərinə təsir edən mühüm amil kimi dəyərləndirilir. Azərbaycan Əfqanstandan öz sülhməramlı missiyasını çıxaran sonuncu dövlətlərdən biri olub. Bu da NATO baş katibi tərəfindən yüksək dəyərləndirilib. Üçüncü istiqamət isə demokratlaşma prosesidir. Burada siyasi bərabərliyin, söz azadlığının, pülüralizmin təmin olunması istiqamətində görülən işlər və ikitərəfli istiqamətlərə təkan verən istiqamət müəyyən olunmuşdur. Hər üç istiqamət üzrə böyük yol qət olunub.

Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini bərqərar edib və bununla da beynəlxalq təhlükəsizliyə töhvə verib. Amma buna baxmayaraq ABŞ  ayraseçkiliyə yol verir. Bu da seçki qabağı aralıq dövrü ilə əlaqədardır.

ABŞ-da erməni lobbisinin çox güclüdür. ABŞ-la Azərbaycan arasında bir sıra məsləhətləşmələr eləcə də ziddiyətlərin kənara qoyulması mütləq xarakter dayışır. Bu məsələlər də öz həllini tapacaq, yetər ki, ABŞ Cənubi Qafqazda Azərbaycanın rolunu, mövqeyini dəyərləndirməyi bacarsın və geostrateji əhəmiyyətinə nəzər salsın. Şərq-Qəb, Şimal-Cənub arasında bağlantıların formalaşmasında Azərbaycanın apardığı fəaliyyəti nəzərdən keçirsin. Hazırkı status-kvo və reallıqlar çərçivəsində münasibətlərin qurulmasında maraqlı olsun. Əks təqdirdə erməni lobbisinin təsiri ilə ABŞ Konqresində, Dövlət Departamentində ölkəmiz əleyhinə həyata keçirilən fəaliyyət, COP29-la bağlı çirkin kampaniya ikitərəfli münasibətlərə kökündən zərbə vurur.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*